DYP-dən sürücülərə XƏBƏRDARLIQ

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.
BAKU.WS xəbər verir ki, müraciətdə dumanlı havanın texniki nizamlama vasitələrinin və digər hərəkət iştirakçılarının vaxtında görünməsinə maneə yaratdığını nəzərə alaraq, qeyd olunan bölgələrə səfər edən sürücülərə zəruri ehtiyat tədbirləri görmək, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına diqqət yetirmək, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə olunur.
Sinoptiklərin məlumatına əsasən, martın 17-də dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomagistrallarda görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
Oxşar xəbərlər
Paytaxtda sakinlər üçün təhlükə mənbəyi olan ÜNVANLAR - "Qorxu içində gəzirik"
Bakının mərkəzi Əhməd Cəmil küçəsində ağaclardan biri aşma təhlükəsi yaradır. BAKU.WS-in apardığı müşahidələrə əsasən, ağac artıq dəmir hasarın üstünə əyilib v...
