DYP-dən qarlı hava ilə bağlı sürücülərə MÜRACİƏT

DYP-dən qarlı hava ilə bağlı sürücülərə MÜRACİƏT
Foto
Sosial 96

"Mövcud hava şəraiti nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının görünüşünü məhdudlaşdırdığından sürücülərdən xahiş edirik ki, dövlət qeydiyyat nişanlarının təmiz saxlanılmasını təmin etsinlər".

BAKU.WS xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli paylaşım edib.

Qeyd edək ki, bu, yol hərəkəti qaydalarına əməl etməklə yanaşı, həm də radar sistemlərinin və müşahidə kameralarının nəqliyyat vasitələrini düzgün qeydə almasına kömək edir. Dövlət qeydiyyat nişanlarının çirklənməsi, görünməsinin çətinləşməsi və ya qəsdən gizlədilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən qanun pozuntusu hesab olunur. Bu qaydanı pozan sürücülər 40 manat məbləğində cərimə edilə bilərlər.

DYP-dən qarlı hava ilə bağlı sürücülərə MÜRACİƏT

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər