DYP-dən bayram günləri ilə bağlı MÜRACİƏT
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 31 dekabr - 5 yanvar tarixlərinin qeyri-iş günləri olmasına baxmayaraq, texniki baxış məntəqələri xidmət göstərəcək.
Baş DYP İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, bayram günlərində Bakının Sabunçu və Qaradağ rayonlarında (Sədərək Ticarət Mərkəzinin yanı) yerləşən Müayinə Mərkəzləri və respublikаnın digər rаyonlаrındаkı texniki baxış şöbələri 24 saat fasiləsiz iş rejimində sürücülərin xidmətində olacaq.
Əlavə məlumat almaq üçün sürücülər və nəqliyyat vasitələrinin sahibləri 012-590-71-13 və ya 099-810-09-02 nömrələri ilə əlaqə saxlaya bilərlər.
Oxşar xəbərlər
Təzəpir məscidində bayram namazı qılınıb
Təzəpir məscidində Ramazan bayramı namazı qılınıb. BAKU.WS report-a istinadən xəbər verir ki, bayram namazı 09:00-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri...