DYP bu sürücülərə MÜRACİƏT EDİB
Yeniliklərdən dərhal xəbərdar olun
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
İdarədən BAKU.WS-ə verilən məlumata görə, müraciətdə deyilir:
"Yaşayış məntəqələri – sakitliyin və təhlükəsizliyin təmin olunduğu zonalardır.
Nəqliyyat vasitəsinin yaşayış məntəqəsində idarə edilməsi zamanı mühərrikin əsassız şəkildə yüksək dövriyyədə işlədilməsi və ya avtomobildə yüksək səslə musiqi dinlənilməsi cəmiyyətin qəbul etdiyi davranış qaydaları ilə uzlaşmır və ətraf mühitin ahənginə ciddi şəkildə mənfi təsir göstərir.
Unudulmamalıdır ki, bu ərazilər yalnız nəqliyyatın hərəkəti üçün deyil, məhz insanların gündəlik fəaliyyəti və istirahəti üçün nəzərdə tutulmuş məkanlardır. Burada körpələr yatır, yaşlı insanlar dincəlir, ailələr sakitlik axtarır.
Səssiz və intizamlı hərəkət – sosial məsuliyyətin təzahürüdür. Hər bir sürücüdən gözlənilən, təkcə yol hərəkəti qaydalarına deyil, həm də ictimai davranış normalarına riayət etməkdir.
Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri bir daha ətraf mühitin səssizliyinə hörmətlə yanaşmağa, ictimai rahatlığı nəzərə almağa çağırır".
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...