Dünyanın ən bahalı maşını parça-parça oldu – VİDEO

Dünyanın ən bahalı maşını parça-parça oldu – VİDEO
Video
Sosial 1080
 

Almaniyada Nyurinburqrinq yarış yolunda tarixdə ən bahalı yol qəzası baş verib.

"Koenigsegg”un pilotu 5,2 milyon dollar dəyərində "One:1” superkarı ilə qəza törədib. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, avtomobil "layihənin inkişafı üzərində iş” çərçivəsində qəzaya uğrayıb. Onun sürücüsü dövrə vurmaq üzrə rekord vurmağa cəhd edib. Kadrlardan görünür ki, avtomobil səddə çırpılıb. Superkarın hansı sürətlə hərəkət etdiyi dəqiqləşdirilmir. 

"Koenigsegg One:1” səkkizsilindirli beşlitrlik iki turbinli mühərriklə təchiz edilib. "One:1” 400 km/s sürəti 20 saniyəyə yığır. Hazırda dünyada bu unikal avtomobildən beş dənədir.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Dünyada ən sürətli elektromobil yaradıldı - VİDEO

Dünyada ən sürətli elektromobil yaradıldı - VİDEO

İsveçrəli tələbələr dünyada ən sürətli elektromobil yaradıblar. İKT.lent.az-ın "Engadget” nəşrinə istinadən məlumatına görə, "Grimsel” adlandırılan yeni tərtiba...

1355 Sosial 09:10 25 iyun 2016

Son xəbərlər