Dünyada ən sürətli elektromobil yaradıldı - VİDEO

Dünyada ən sürətli elektromobil yaradıldı - VİDEO
Video
Sosial 1344

İsveçrəli tələbələr dünyada ən sürətli elektromobil yaradıblar. İKT.lent.az-ın "Engadget” nəşrinə istinadən məlumatına görə, "Grimsel” adlandırılan yeni tərtibat 100 kilometr sürəti 1,513 saniyəyə yığır ki, bu da əvvəlki rekorddan 0,2 saniyə daha tezdir.

Müqayisə üçün deyək ki, 1 480 at gücünə malik "Bugatti Chiron” 100 kilometr sürəti 2,5 saniyəyə yığır.

Tərtibatçılar belə bir nəticəyə olduqca güclü mühərrik və avtomobilin korpusunun maksimal dərəcədə asanlaşdırılmasının birləşdirilməsi sayəsində nail olublar.

Onun ümumi çəkisi 167 kiloqramdır. Bundan öncə isə deyilirdi ki, Hollandiyada turşu ilə işləyən avtomobil yaradılıb. Avtomobilin iş prinsipi onunla bağlıdır ki, qarışqa turşusunda hidrogen mövcuddur. Hidrogen artıq özünü alternativ ekoloji yanacaq kimi göstərə bilib.

Qarışqa turşusu özünün maye təbiəti sayəsində olduqca asan və tez istehsal olunur. Bu turşudan hidrogen isə katalitik reaksiyalar sayəsində əldə edilir.

BAKU.WS

Son xəbərlər