"Hammer"in ən böyük rəqibi "Tarantul" (FOTO)
1990-cı ilin əvvəlində avtomobil mütəxəssisləri ordu üçün "Tarantul" adlı maşınını istehsal etdilər. Bu avtomobil o dövr üçün ən yaxşı keyfiyyətləri özündə cəmləmişdi. "Tarantul"nın tipik xüsusiyyəti ondan ibarət idi ki, maşının əsas hissələri Rusiya istehsalı olan avtomobillərin aqreqatlarıyla tamamilə vahidlik təşkil edib.
BAKU.WS-in məlumatına görə, avtomobilin ötürmə qutusu VAZ-2107-dən götürülüb. "Tarantul" çox funksional avtomobil olduğu üçün istənilən maneəni rahatlıqla keçə bilir. Avtomobil hərəkətdə olarkən sərnişinin rahatlığı da nəzərə alınıb.
Avtomobilin sükanı xüsusi olaraq hidrovlik-sükanla təchiz edilib ki, bu da maşının daha rahat manevr edə bilməsinə imkan yaradır. Bundan başqa, avtomobilin hazırlanması zamanı onun üzə bilməsi də nəzərə alınıb. Maşında azı 6 sərnişin rahatlıqla əyləşə bilir. "Tarantula" konstruksiyasına görə çox etibarlı nəqliyyat vasitəsi sayılır.
Maşının maksimal surəti şosedə 80 km/saata çatır. Ancaq avtomobilin perspektivi sürəti 120-ə qədər artırmağa imkan verir. "Tarantula" xüsusilə bataqlıq yerdə və torpaq yolda daha effektivdir.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda qeyri-adi avtomobil hazırladı (FOTO)
Masallı sakini qeyri-adi maşın düzəldib. Report-un məlumatına görə, rayonun Türkoba kənd sakini Oktay Rzayev Rusiya və Almaniya istehsalı olan bir neçə avtomo...