Bakıda 47 ilin maşını 25 minə satılır - Nömrəyə diqqət (FOTO)
09
fev
2016
17:11
Bakıda 1969-cu ilin istehsalı olan «QAZ-21» markalı retro avtomobil satışa çıxarılıb.
Avtomobilin sahibi Avtosfer.az-a bildirib ki, maşının son qiyməti 25 min dollardır: «Maşının bütün detalları zavod istehsalıdır. Salondakı bəzi hissələr, maşının sükanı sümükdəndir. Salon, mühərrik yeri, baqaj əla vəziyyətdədir».
Lakin avtomobilin sahibi bildirib ki, hazırda maşının üzərindəki 10 SS 777 dövlət nömrə nişanı satılmır: «Bu nömrəyə 80 min manat verirlər, satmıram. Maşını alan olsa üzərində 021 nömrəsi verəcəm».
BAKU.WS
Oxşar xəbərlər
BMW parça-parça oldu, azərbaycanlı yaralandı (FOTO)
Bu gecə 01.00 radələrində azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində iki avtomobilin toqquşması nəticəsində ağır yol-qəza hadisəsi baş verib. Xəsarət...