100 km-ə 5,5 litr benzin yandıracaq superekonom maşın satışa çıxır (VİDEO)
Ukrayna yeni superekonomik avtomobilini təqdim edib.
BAKU.WS-in məlumatına görə, Zaporojye Avtomobil Zavodunun (ZAZ) istehsalı olan Slavuta Nova ölçüsünə görə Hyundai Solaris-dən 12 sm kiçikdir. Maşın 1,6 litrlik Chery E4G16 mühərriki ilə təchiz olunub. Mexaniki karobka yerləşdirilən avtomobil 100 km saat sürəti 9 saniyəyə yığır. Slavuta Nova-nın maksimal sürəti 185 km saatdır. Maşın 100 km-ə 5,5 litr yanacaq işlədir. Mühərrik Avro-6 snadartlarına cavab verir.
Slavuta Nova-nın qiymətinin 10 min dollardan aşağı olacağını nəzərə alsaq avtomobillin MDB məkanında Cənubi Koreya, Çin və Rusiya istehsalı olan avtomobillərə rəqib olacağı şübhə doğurmur.
Ümumiyyətlə avtomobil mütəxəssisləri Slavuta Nova-nın gənclərin sevimli maşınına çevriləcəyini bildirirlər.
Oxşar xəbərlər
Bakı küçələrində şütüyən milyonluq avtomobillər (VİDEO)
Bakı küçələrində şütüyən bahalı avtomobillərin görüntüsü yayılıb. BAKU.WS-in məlumatına görə, "Lamborghini Aventador" və "Ferrari 458 Speciale" model avtomobi...