Dünyanın ən təhlükəsiz avtomobili istehsal olundu - VİDEO
21
may
2019
23:10
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniyanın "Mercedes-Benz” şirkəti yeni avtomobili təqdim edib. "Experimental Safety Vehicle” həm də dünyanın ən təhlükəsiz maşını sayılır."Mercedes-Benz” bununla da yeni aktiv təhlükəsizlik texnologiyasını nümayiş etdirib. Avtomobil sürücüsüz hərəkətdə olacaq. Radiator barmaqlığı, şüşələrində və damında başqaları üçün informasiya yer alan ekranlar nəzərdə tutulub. Bundan başqa, maşının yoldakı situasiyaya uyğun işıqların parlaqlığını dəyişdirə biləcək xüsusi fənərləri var.Avtomobildə zərbələr haqda əvvəlcədən məlumat verən sistem də qurulub. Bu sistem nəticəsində maşın zərbədən yayına biləcək. Avtomobildə uşaqların təhlükəsizliyinin ayrıca qayğısına qalıblar."Mercedes-Benz” yaxın gələcəkdə əksər yeni avtomobil seriyalarında aktiv təhlükəsizlik texnologiyasından istifadə edəcək.Gələn il isə Almaniya şirkəti tarixinin ən sürətli maşınının təqdimatını planlaşdırır.
Oxşar xəbərlər
Bu maşından Azərbaycanda bir dənədir - FOTO
Avtomobil səhifələrindən birində Azərbaycanda bir ədəd olduğu iddia edilən "Mercedes” fotosu paylaşılıb.BAKU.WS orman.az-a istinadən xəbər verir ki, "Mercedes-B...