Dünyanın ən çox izlənilən “YouTube” videosu: On milyarddan çox baxış topladı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Uşaq mahnısı “Baby Shark Dance” (Balaca köpək balığının rəqsi) “YouTube” tarixində 10 milyard baxışı keçən ilk video olub.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, bu barədə videonu yayan Cənubi Koreyanın “Pinkfong” şirkəti məlumat yayıb.
“Pinkfong”un hazırladığı “Baby Shark Dance” klipi 10 milyard baxışı keçib. Bu, 7,8 milyard dünya əhalisini xeyli üstələyən bir rəqəmdir. Görünür, Yer kürəsinin bütün sakinləri ona ən azı bir dəfə baxıblar”, – deyə şirkətin yanvarın 13-də “Facebook” səhifəsində dərc olunmuş bəyanatında bildirilib.
Qeyd edək ki, klip beş il əvvəl “YouTube”a yerləşdirilib. Bu günə qədər video 32 milyon bəyənmə toplayıb. Videonun altındakı şərhlər hazırda deaktiv edilib.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...