Dünən işıqlar niyə sönmüşdü? - RƏSMİ AÇIQLAMA
21
iyl
2018
11:16
Ötən gecə Bakının bəzi rayonlarında elektrik enerjisinin kəsilməsinin səbəbi məlum oldu.Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, 20 iyul 2018-ci il tarixdə saat 2220-də Bakının Əhmədli qəsəbəsi ərazisində naməlum səbəbdən 1 və 2 saylı 8-ci km və Həzi Aslanov yüksək gərginlikli elektrik verilişi xətlərində eyni zamanda qısaqapanma nəticəsində naqillərin qırılması hadisəsi baş verib.Nəticədə, Nizami və Xətai rayonlarının istehlakçılarının az bir hissəsinə ehtiyat qida mənbəyinə keçmək üçün operativ əməliyyat aparmağa sərf olunan vaxt müddətində elektrik enerjisinə məhdudiyyət vermək məcburiyyəti yaranmışdır. Bu zaman Bakı şəhərinin elektrik enerjisi təminatında güc çatışmazlığı olmayıb.Eyni zamanda bildiririk ki, “Azərişıq” ASC-nin mətbuat xidməti tərəfindən Mərdəkan qəsəbəsində yerləşən “Şimal” elektrik stansiyasının dayanması haqqında yayılan informasiyalar həqiqəti əks etdirmir.Qeyd etmək lazımdır ki, “Şimal” elektrik stansiyasının iş rejimində son günlər heç bir dəyişiklik baş verməyib.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda elektrik enerjisi təchizatı tam bərpa edilib
Azərbaycanda elektrik enerjisi təchizatı tam bərpa edilib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Azərişıq” ASC-nin mətbuat xidmətinin yaydığı məluma...