Dünən 21 COVID-19 xəstəsinə cinayət işi başlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən dekabrın 21-də epidemiya əleyhinə, sanitariya-gigiyena karantin rejiminə əməl etməyən 27 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək evə qaytarılıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradan 21 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanıb.
Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.
Oxşar xəbərlər
Polis yollarda 38 koronavirus xəstəsini tutdu - 3-nün vəziyyəti ağır olub
COVID-19 infeksiyasına yoluxan aktiv koronavirus xəstələrinin epidemiya əleyhinə rejimə əməl etməmələrinə, həmçinin sanitariya-gigiyena karantin rejimlərinin po...