Duman nə vaxtadək davam edəcək?
"Hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunurvə bu hal martın 4-ü səhərədək davam edəcək".
Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova BAKU.WS-ə bildirib ki, duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir.
O qeyd edib ki, Xəzər dənizindən cənub-şərq axınları ilə rütubətli hava kütlələrinin quruya doğru hərəkəti və inversiya qatı dumanın əmələ gəlməsinə səbəb olub.
G.Məmmədovanın sözlərinə görə, Naftalan, Şəmkir, Daşkəsən, Göygöl, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaçmaz, Xaltan, Yevlax, Göyçay, Sabirabad, Hacıqabul, İmişli, Cəfərxan, Salyan, Neftçala, Biləsuvar, Lənkəran, Lerik, Astara, Ağdam, Bakı və Abşeron yarımadasında görünüş 50-500 metrədək məhdudlaşıb.
Oxşar xəbərlər
Dumanlı havanın səbəbi açıqlandı
Azərbaycan ərazisində son günlər müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir. Milli Hidrometeorologiya Xidmətinin rə...