DTX tərəfindən saxlanılan icra başçısının köməkçisi DANIŞDI
Yeniliklərdən dərhal xəbərdar olun
Dünən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.
Əməliyyat zamanı korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayevin və bir neçə digər rəsmi şəxsin saxlanıldığı bildirilirdi.
BAKU.WS xəbər verir ki, "Yeni Sabah" məsələ ilə bağlı Balakən Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Aydın Xoçbərovla əlaqə saxlayıb.
İcra hakimiyyətinin nümayəndəsi bildirib ki, icra başçısının müavini, köməkçiləri və rayonun baş memarının saxlanması ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. Onun sözlərinə görə, sözügedən əməkdaşların hər biri hazırda iş başındadır.
Aydın Xoçbərov həmçinin qeyd edib ki, Balakən Rayon İcra Hakimiyyətinə kimin başçılıq edəcəyi dövlət başçısının aidiyyəti məsələ ilə bağlı sərəncamından sonra məlum olacaq.
Oxşar xəbərlər
Bakıda bu ərazilərdə yeni parklar salınacaq - Süni göllər, tennis kortları...
"Bakının Baş Planı 2040 çərçivəsində paytaxtda yaşıllıq sahələrinin artırılması, mövcud parkların genişləndirilməsi və yeni istirahət məkanlarının yaradılması i...