DTX-nin tutduğu gömrük generalı ev dustaqlığına buraxılmayıb - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən ilin iyununda korrupsiya ittihamı ilə həbs olunan Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru, gömrük general-mayoru Ehtiram Xəlilovun ev dustaqlığına buraxılması xəbəri həqiqəti əks etdirmir.
Oxu.az-ın əldə etdiyi məlumata görə, Ehtiram Xəlilov hazırda həbsdədir.
***13.29
Ötən ilin iyununda korrupsiya ittihamı ilə həbs olunan Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov ev dustaqlığına buraxılıb.
BAKU.WS xəbər verir ki, bu barədə axar.az-a daxil olan məlumatda bildirilib.
Qeyd edək ki, 2022-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Bakıda genişmiqyaslı əməliyyatı nəticəsində Dövlət Gömrük Komitəsinin bir neçə yüksək rütbəli vəzifəliləri saxlanılmışdılar. Saxlanılanlar arasında “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov da var idi. O, külli miqdarda rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir.
Oxşar xəbərlər
AQTA: "71 müəssisədə nöqsanlar müəyyən olunub"
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qida sahəsində fəaliyyət göstərən 81 ticarət müəssisəsi və 23 ictimai iaşə müəssisəsində həyata keçirilən mon...