DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirilib
Bu gün Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirilib.
Dövlət İmtahan Mərkəzindən (DİM) BAKU.WS-ə verilən məlumata görə, imtahanın keçirilməsi üçün 5 bina ayrılıb.
İmtahanın idarə olunmasına 14 imtahan rəhbəri, 5 ümumi imtahan rəhbəri, 120 nəzarətçi və 17 buraxılış rejimi əməkdaşı cəlb edilib.
Aprelin 6-dan etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.
İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.
***09:20
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirəcək.
BAKU.WS xəbər DİM-ə istinadən xəbər verir ki, imtahan vermək üçün 1 292 şagird qeydiyyatdan keçib.
İmtahan Bakı şəhərində təşkil olunacaq və saat 11:00-da başlanacaq. Saat 10:45-dən sonra gələn şagirdlər imtahana buraxılmayacaqlar.
Şagirdlər imtahana aşağıda qeyd olunan sənədləri gәtirmәlidirlər:
- Şəxsiyyət vəsiqəsi (vəsiqədə şəkli olmayan şagirdlər oxuduqları təhsil müəssisəsi tərəfindən verilən arayışı (arayışa şagirdin 3x4 ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir);
- İmtahana buraxılış vərəqəsi.
Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda şagird imtahana buraxılmır.
Test imtahanı aşağıda qeyd edilən fənlər üzrə Azərbaycan dilində aparılır:
- Azərbaycan dili;
- Riyaziyyat.
Hər fənn üzrə şagirdlərə 30 qapalı tipli sual təqdim edilir. İmtahanın müddəti 90 dəqiqədir.
İmtahanın keçirilməsi üçün 5 bina ayrılıb. İmtahanın idarə olunmasına 14 imtahan rəhbəri, 5 ümumi imtahan rəhbəri, 120 nəzarətçi və 17 buraxılış rejimi əməkdaşı cəlb edilib.
Oxşar xəbərlər
Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Aprelin 6-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu barədə B...