DSMF-yə ayrılacaq vəsait açıqlandı

DSMF-yə ayrılacaq vəsait açıqlandı
Sosial 184

Gələn ilin dövlət büdcəsindən DSMF-yə ayrılan vəsait açıqlanıb.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə 2026-cı il dövlət büdcəsində 1 milyard 700 milyon manat vəsait nəzərdə tutulur ki, bu da 2025-ci illə müqayisədə 100 milyon manat və ya 6,3 faiz çoxdur. Bu vəsaitin Fondun xərclərinin tərkibində xüsusi çəkisi 20,0 faiz təşkil edəcək. Xərclərin artımının əsas səbəbi pensiya ödənişi xərclərinin cari il üçün ölkə üzrə gözlənilən ortaaylıq əməkhaqqının artım tempinə müvafiq olaraq indeksləşdirilməsi ilə bağlıdır.

Son xəbərlər