DİQQƏT: Hərbi xidmətdə olanlar iyulun 30-na qədər… – POLKOVNİK AÇIQLADI

DİQQƏT: Hərbi xidmətdə olanlar iyulun 30-na qədər… – POLKOVNİK AÇIQLADI
Sosial 6852

 

Təxris olunması gözlənilən hərbçilərimizin bir hissəsi evlərinə buraxılmayıb. Onlara bir müddət hərbi hissədə qalacaqları barədə məlumat verilib.

BAKU.WS-in məlumatına görə, bununla bağlı metbuat.az-a açıqlama verən ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov bildirib ki, son bir neçə ildir təxlis zamanı hərbçilərinin hamısı birdəfəlik buraxılmır:

"Hərbçilər 3-4 qrupa bölünüb, ayrı-ayrı vaxtlarda təxlis edilir. Bu, nədən irəli gəlir? Bilirsiniz ki, hərbi komisarlıqlardan hərbi hissəyə gələn çağırışçılar qrup şəklində gəlirlər. Yəni, hamısı bir zamanda gəlmir. Bizim əsas hərbi hissələrimiz cəbhə bölgəsində yerləşir. Cəbhə bölgəsində yerləşən hərbi hissələr çağırışçılar gəlmədən hərbçilərini buraxarsa, boşluq yaranacaq. Ona görə də, mərhələli şəkildə təxlis olunma həyata keçirilir.

Təbii bir prosesdir

Bilirsiniz ki, Ali Baş Komandanın əmri ilə iyulun 1-dən 30-dək çağırış dövrüdür. Eyni zamanda, ayın 30-dək xidmət etmiş hərbçilər evə buraxılacaqlar. Ona uyğun hazırda müəyyən bir qrafik qurulub. Gənc əsgərlər hərbi hissəyə gəldikcə, digər hərbçilər təxlis olunurlar. Hərbi hissələrdə gecikmə bununla bağlıdır. Onları hanısa bir səbəbdən hərbi hissədə saxlamağa ehtiyac yoxdur”.

BAKU.WS

Oxşar xəbərlər

Prezident  sərəncam imzaladı:  Hərbi xidmətə çağırış başlayır

Prezident sərəncam imzaladı: Hərbi xidmətə çağırış başlayır

Azərbaycan prezidenti İlham Əliyev vətəndaşların 2017-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi...

2103 Siyasət 19:32 31 may 2017

Son xəbərlər