DİQQƏT! Bu yol nişanlarında dəyişiklik edilir

18
yan
2019
20:11
Qanunsuz parklanmaya intelektual nəzarət sisteminin kameralarının fəaliyyət göstərdiyi küçə və prospektlərdə dayanma və durma qaydalarının pozulması hallarında azalmalar müşahidə edilməkdədir.Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, bir çox mərkəzi yollarda nəqliyyat axını normallaşıb, hərəkətin intensivliyi artıb.Bunu nəzərə alaraq dayanma və durmanın qadağan olunan yerlərdə yenidən 3.27 nişanının tələbinin günün saatlarına və həftənin iş və qeyri-iş günlərinə uyğun qüvvədə olması, onun qüvvədə olduğu sahənin dəqiqləşdirilməsi, bəzi yerlərdə həmin nişanın durmanı qadağan edən 3.28 nişanı ilə əvəz edilməsi ilə bağlı məsələlər nəzərdən keçirilir.Növbəti ayda təhlillərin nəticəsində məqsədəuyğun hesab edilən yerlərdə mövcud nişanlarda qanunvericiliyin tələbinə uyğun dəyişikliklər ediləcəkdir.BAKU.WS
Oxşar xəbərlər
Bakıda dayanma və durma, parklanma qaydalarını pozan sürücülər cərimələnir - VİDEO
Son bir neçə gündür paytaxt ərazisində taksi sürücüləri ilə müştərilər arasında beləmübahisələr adi hala çevrilib. Sürücülər deyir ki, şəhərin əksər küçə və pro...
