Bakıda daha bir yenilik – Qayda pozan sürücülər bu formada qeydə alınır – VİDEO
15
sen
2018
12:08
Paytaxt yollarında dayanma-durma qaydalarını pozan avtonəqliyyat vasitələri müəyyən edilərək qeydə alınır.Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev BAKU.WS-ə deyib ki, Bakı şəhərində parklanma siyasətinə yenidən baxılır və məqsəd dayanaqlı proqram təminatına söykənən avtomatlaşdırılmış sistemin qurulmasıdır. Əsas məqsəd vətəndaşa müasir, keyfiyyətli və ən əsası şəffaf xidmətin göstərilməsidir: "Qeyd edilən prinsiplərə nail olmaq üçün parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılması istiqamətində ciddi iş aparılır. Prosesin yaxın vaxtlarda yekunlaşması nəzərdə tutulub. Yeni texniki vasitələrin qurulması ilə yanaşı, mövcud potensialdan da istifadə edilir. Qanunsuz Parklanmaya Nəzarət Kameraları sisteminin fəaliyyəti daha təkmilləşdirilib. Sistem vasitəsi ilə yollara nəzarət gücləndirilib". Onun sözlərinə görə, hazırda həmin kameralar vasitəsilə yollarda dayanma-durma qaydalarını pozan avtonəqliyyat vasitələri müəyyən edilir: "İnzibati xəta törədən sürücülər barədə müvafiq tədbirlərin görülməsi üçün məlumatlar müvafiq bazada toplanılır. Artıq paytaxtın əksər küçə və prospektlərində xüsusəndə hərəkətin intensiv olduğu eyni zamanda günün pik saatlarında sıxlıq müşahidə edilən yollarda Qanunsuz Parklanmaya Nəzarət Kameraları fəaliyyət göstərir. Yollara nəzarət növbəli iş rejimdə fasiləsiz olaraq həyata keçirilir. Bunu nəzərə alaraq bir daha sürücülərə parklama zamanı daha diqqətli olmağı, avtomobillərini qeyri-qanuni yerlərdə park etməmələri, digər hərəkət iştirakçılarına qarşı anlayışlı və son dərəcədə diqqətli olmağı tövsiyə edirik". BAKU.WS
Oxşar xəbərlər
Bakıda maraqlı fləşmob – VİDEO
Nəqliyyat vasitəsini qadağan olunan yerdə saxlayan, dayanma-durma qaydalarını pozan sürücülərin maarifləndirilməsi işləri davam etdirilir.Bakı Nəqliyyat Agentli...