Bakıda dayanma və durma, parklanma qaydalarını pozan sürücülər cərimələnir - VİDEO
16
yan
2019
08:41
Son bir neçə gündür paytaxt ərazisində taksi sürücüləri ilə müştərilər arasında beləmübahisələr adi hala çevrilib. Sürücülər deyir ki, şəhərin əksər küçə və prospektlərində dayanma və durma qadağandır. Həmin ərazilərdə məcburi olaraq sərnişin düşürüb mindirən kimi isə cərimələnirlər.Yanvarın 10 dan etibarən paytaxt ərazisinin əksər küçə və prospektlərində dayanma və durmaya kameralar vasitsəsilə nəzarət edilir.Ekspertlərin fikrincə isə İntelllektual nəzarət sisteminin tətbiqi qanunsuz parklanmanın qarşısını alsa da,bir sıra məsələləri həll etmiş sayılmır.Yol hərəkəti üzrə ekspert Tural Yusifovun fikrincə ,İlk olaraq parklanma yerləri,taksi duracaqları,avtomobillər üçün xüsusi ciblər və ən əsas məsələ dayanma və durma nişanlarının tətbiqinə yenidən baxılmalıdır. Əks halda isə mövcud cərimələnmə çıxış yolu hesab edilə bilməz.Ekspert onu da qeyd etdi ki, şəhərin bir çox yerləri var ki, orda dayanma və durmanın qadağan edilməsi mövcud vəziyyətə uyğun deyil. Mütləq nişanlanma yerlərinə yenidən baxılmalıdır.Məsələylə bağlı Bakı Nəqliyyat agentliyindən isə bildirdilər ki, bu iradlar əsassızdır. Qanunvericiliyə əsasən dayanma və durmanın qadağan edilidyi yerlərdə bütün sürücülər qaydalara əməl etməlidir. Taksi duracaqlarına gəldikdə isə bir sıra yerlərdə duracaqların sayı artırılır.Mais Ağayev onu da bildirdi ki, hər hansısa sürücü ona tərtib edilən protokol barəsində şikayəti varsa bu baraədə Bakı Nəqliyyat agentliyinə müraciət edə bilər.BAKU.WS
Oxşar xəbərlər
Bakının mərkəzində qayda pozan sürücülər kütləvi şəkildə cərimələndi (FOTO)
Paytaxtın mərkəzi hissələrində 24 saat ərzində avtomobillərin qanunsuz saxlanması ilə bağlı 3500-dən çox fakt aşkar olunub.Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-...