DİQQƏT! Bu rayonlarda 3 gün QAZ OLMAYACAQ

DİQQƏT! Bu rayonlarda 3 gün QAZ OLMAYACAQ
Sosial 277

Ağsu və Kürdəmirdə 3 gün müddətində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

“Azəriqaz”dan BAKU.WS-ə verilən məlumata görə, SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax I xətt" yüksək təzyiqli magistral qaz kəmərinin yeni tikilmiş hissənin qaznəqli sisteminə birləşdirilməsi ilə bağlı, 05.07.2024-cü il tarixində saat 09:00-dan etibarən 07.07.2024-cü il tarixində işlər başa çatanadək “Ağsu” və “Kürdəmir” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri görülməsi planlaşdırılan 3 gün müddətində Ağsu rayonunun (Ağsu şəhəri daxil olmaqla, rayonunun 48 kəndi və 205 qeyri-yaşayış sahəsi) və Kürdəmir rayonunun (Kürdəmir şəhəri daxil olmaqla, rayonun 19 kənd, 1 qəsəbə və 204 qeyri-yaşayış sahəsi) böyük hissəsinin qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Dörd rayonda qaz olmayacaq

Dörd rayonda qaz olmayacaq

Kürdəmir və Göyçay rayonlarını təbii qazla təmin edən qaz təchizatı şəbəkəsində aşkar olunmuş qaz sızmalarının ləğvi, təmir-bərpa işlərinin aparılması, həmçinin...

13 Sosial 09:29 28 mart 2024

Son xəbərlər