DİQQƏT! Bakı-Ələt-Qazax-Gürcüstan yolunda təmir işləri aparılacaq

DİQQƏT! Bakı-Ələt-Qazax-Gürcüstan yolunda təmir işləri aparılacaq
Sosial 56

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 11-125-ci kilometrlik hissəsində yol-nəqliyyat hadisələri zamanı sıradan çıxmış əyrixətli dəmir tirlərin təmiri və dəyişdirilməsi işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BAKU.WS-ə bildirilib ki, sözügedən işlərin icrası bu gün saat 14:00-dan başlayaraq avqustun 11-i saat 18:00-dək davam edəcək.

Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən ərazidə müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Oxşar xəbərlər

Ekoloji təmiz dəmir yolu nəqliyyatı: Azərbaycan dəmir yollarının inkişaf trendləri

Ekoloji təmiz dəmir yolu nəqliyyatı: Azərbaycan dəmir yollarının inkişaf trendləri

Ekoloji təmiz nəqliyyat XXI əsrin ən önəmli məsələlərindən biridir. Sürətlə inkişaf edən dünyada ətraf mühitin qorunması və davamlı nəqliyyat sistemlərinin yara...

468 Sosial 09:59 13 iyun 2024

Son xəbərlər