Dövlət Xidməti göstərişə əməl etməyən məşhur MMC-lərə qarşı tədbir görüb
Yeniliklərdən dərhal xəbərdar olun
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna əsasən "Avropa Qapıları" MMC və "Optimal Electronika" MMC barədə inzibati xəta protokolu tərtib edib.
BAKU.WS bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, Optimal Electronika" MMC şirkətinə qarşı tədbir görülməsi qüsurlu malın dəyişdirilməsi və geri qaytarılması qaydalarına dair Dövlət Xidmətinin yazılı göstərişinə əməl edilməməsi ilə bağlıdır.
"Avropa Qapıları" MMC şirkətinə qarşı tədbir görülməsi isə alınan məhsulda istehsal qüsurunun olmasına baxmayaraq, onun dəyişdirilmsindən və yaxud qaytarılmasından imtina edilməsi ilə bağlıdır.
"Baku Electronics" MMC və "Kontakt Home" barəsində də inzibati xəta protokolu tərtib edib. Bildirilib ki, şirkət satılmış keyfiyyətsiz malın (müqavilə şərtlərinə uyğun olmayan malın) qaytarılmasını təmin etməyib.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...