Dövlət xəstəxanasında növbə alveri edirlər - İDDİA
Xəstəxanada ilk növbə yerləri satılır.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, belə bir iddia sosial şəbəkədə müzakirə mövzusu olub.
İddia edilib ki, səhər tezdən xəstəxanaya gəlib növbə üçün qəbz götürənlər "qara bazar" qurub, onu sonradan gələn xəstələrə satırlar.
İddiaçı bildirib ki, söhbət Xırdalandakı dövlət xəstəxanalarından birindən gedir.
"Nə həkimi vaxtında gəlir, nə işçiləri yerindədir. Qeydiyyat şöbəsində 12 nəfərlik yerdə dörd nəfər işləyir. Bu da növbələrin hədsiz uzanmasına və xaosa səbəb olur".
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-a bildirilib ki, araşdırma aparılır, nəticəsi ilə bağlı məlumat veriləcək.
Oxşar xəbərlər
Dövlət rəsmiləri 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı Şəhidlər xiyabanını ziyarət ediblər
Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Azərbaycan Təhlükəsizlik Şurası katibi Ramil Usubov, onun müavini Mədət Quliyev, Azərbaycan Preziden...