Dövlət Vergi Xidməti sahibkarlara MÜRACİƏT ETDİ
Yeniliklərdən dərhal xəbərdar olun
Fəaliyyətə başlayan bəzi restoran və kafelərdə ara məsafəsi gözlənilmir.
BAKU.WS xəbər verir ki, bunu Trend-ə açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı Araz Kərimov bildirib.
Onun sözlərinə görə, bəzi obyektlərdə stollar qoyulmuş qaydalara uyğun yerləşdirilmir:
“Sahibkarlara müraciət edirik ki, onlar obyektlərini açmamışdan qabaq masaları qaydalara uyğun tənzimləsinlər. İstər obyekt sahibi, istərsə də orada işləyən digər şəxslər bütün məsələlərlə bağlı ciddi səy göstərməlidirlər.
Bilirsiniz ki, ictimai iaşə obyektlərində virusa yoluxma daha yüksəkdir. Ona görə də, qoyulmuş qaydalar düzgün yerinə yetirilməlidir”.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...