Dövlət Vergi Xidməti "Card to card"la bağlı növbəti dəfə nəzarət tədbirləri keçirib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürmə ("Card to card") əməliyyatları vasitəsilə həyata keçirilməsi hallarının qarşısının alınması məqsədilə növbəti dəfə nəzarət tədbirlər keçirib.
BAKU.WS quruma istinadən xəbər verir ki, son bir neçə gündə Bakıda iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə məxsus obyektlərdə keçirilmiş nəzarət tədbirləri zamanı onlardan 54-də qanun pozuntularına yol verilməsi faktları aşkarlanıb.
"Nağdsız ödənişlərin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim olunmalıdır. Mövcud qanunvericiliyə əsasən, istehlakçılara elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir. Vergi nəzarəti tədbirləri zamanı müəyyən edilən qanun pozuntuları protokollaşdırılır və belə obyektlərə qarşı maliyyə sanksiyaları tətbiq olunur. Sahibkarlar maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödəmələr zamanı POS-terminallardan istifadəni təmin etməlidirlər", - deyə Dövlət Vergi Xidməti bəyan edib.
Qalereya
Oxşar xəbərlər
Müştəri evdə yağı əritməyinə peşman oldu: AQTA-dan məsələ ilə bağlı açıqlama
Müştəri marketlərin birindən 2 növ kərə yağı alıb. İddia edir ki, yağları əritdikdən sonra tündrəngli bir maye alınıb. Alıcı videoda bildirib ki, bu, kərə yağın...