Dövlət Statistika Komitəsi 40 minə yaxın şəxsi işə götürdü

16
sen
2019
15:10
“Azərbaycanda 10 ildən bir keçirilən əhalinin siyahıya alınması üçün hazırlıq işləri tam başa çatdırılıb. Artıq bütün materiallar – sorğu vərəqələri, siyahıyaalma vərəqələri və digər yardımçı materiallar rayonlara, rayonlardan da sayıcı məntəqələrə çatdırılıb”. BAKU.WS xəbər verir ki, bunu “Report”a eksklüziv açıqlamasında Dövlət Statistika Komitəsi (DSK) sədrinin müavini Rauf Səlimov deyib.Onun sözlərinə görə, əhalinin siyahıyaalınması ilə əlaqədar 40 minə yaxın şəxs müvəqqəti işə götürülüb:"Artıq həmin şəxslərlə müqavilə bağlanılıb. Bunlar əsasən sayıcılar, sayıcı məntəqələrinin müdirləri, müavinləri, təlimatçı-nəzarətçilərdir. Sentyabrın 23-26-da sayıcılar üçün təlim keçiriləcək. Ayın 1-dən isə əhalinin siyahıyaalınması prosesi başlanacaq.Bu proses 10 gün davam edəcək. Həmin məlumatlar Komitəyə göndəriləcək və gələn il yanvarın 1-dən onların elektron sistemlərə daxil edilməsinə başlanılacaq”.
Oxşar xəbərlər
Oktyabrın-1-dən bütün Azərbaycanda siyahıya alınma başlayacaq
Oktyabrın 1-10-da keçiriləcək əhalinin növbəti siyahıyaalınması ilə bağlı hazırlıq işləri yekunlaşıb.BAKU.WS-in məlumatına görə, bu barədə Dövlət Statistika Kom...
