Dövlət bu ərazilərdə əhalidən torpaqları alacaq
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərsu” ASC boru xətlərinin keçdiyi və quruma aid tikililərin olduğu torpaq sahələrini alacaq. Məqsəd isə təhlükəsizliyin təmin olunmasıdır.
BAKU.WS ölkə.az-a istinadla xəbər verir ki, bununla bağlı olaraq qurum istifadəsində olan əsas vəsaitlərin və tikintisi altına düşən torpaq sahələrinin dəyərləndirilməsi və mütəxəssis rəyinin alınmasını həyata keçirəcək.
Sözügedən qiymətləndirməni “Sorğu Ekspert Mərkəzi” MMC icra edəcək və xidmət qarşılığında təşkilata 40 257 manat ödəniləcək.
Dəyərləndirilən torpaq sahələri Şabran, İsmayıllı, Neftçala, Balakən, Qazax rayonunda yerləşən həyətyanı və digər təyinatlı torpaqlardır.
“Azərsu” ASC məlumatı təsdiqləyib.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...