Dövlət başçısı “Mirvari” parkda sakinlərlə görüşüb (FOTO)
07
avq
2019
22:32
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 7-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirallahı rayonunda yeni inşa olunmuş “Mirvari” Park Kompleksində yaradılan şəraitlə tanış olublar.BAKU.WS xəbər verir ki, beş hektar sahəsi olan kompleksdə uşaqlar üçün mini futbol və iki oyun meydançası, müxtəlif attraksionlar, yelləncəklər, idman qurğuları, söhbətgahlar və fəvvarə quraşdırılıb. Müasir işıqlandırma sistemi ilə təchiz olunan bu istirahət guşəsində, eyni zamanda, müxtəlif tədbirlərin keçirilməsi üçün səhnə də inşa edilib.Dövlətimizin başçısı və birinci xanım parkda Qarabağ müharibəsi əlillərinin “ASAN xidmət”in “Ailə Biznesinə Asan Dəstək” proqramı çərçivəsində nümayiş etdirilən rəsm əsərlərindən və müxtəlif səpkidə dekorativ əl işlərindən ibarət sərgiyə baxıblar.İstirahət məkanında “Ahılların Günərzi Mərkəzi” də fəaliyyət göstərir. Mərkəz Prezident İlham Əliyevin “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 2019-cu ilin iyun ayında imzaladığı Sərəncama əsasən yaradılıb. Burada hər gün sosial yardıma ehtiyacı olan 50 ahıla növbəlilik əsasında pulsuz xidmət göstəriləcək.Sonra dövlət başçısı və birinci xanım “Mirvari” Park Kompleksində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.Sakinlər və veteranlar göstərilən diqqət və qayğıya görə Prezidentə və xanımına təşəkkür ediblər.
Qalereya
Oxşar xəbərlər
Prezident bir sıra obyektlərin açılışında iştirak edib - FOTO
Bu gün YAP Pirallahı Rayon Təşkilatının yeni inzibati binasının açılışı olub. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və biri...