Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma və təhlillər aparır
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "Aztelekom" MMC-nin xidmət tarifləri və təklif etdiyi internetin sürəti ilə bağlı araşdırma və təhlillər aparır.
BAKU.WS report-a istinadən xəbər veir ki, bu barədə Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, Rəqabət Məcəlləsinin 39.2.1-ci maddəsinin tələbinə əsasən edilən müraciətlər çərçivəsində təbii inhisar subyektlərinin razılıq alınması tələb olunan hərəkətlərinə nəzarət tədbirləri həyata keçirilir.
Nəzarət tədbirləri xüsusilə trafikin lokallaşdırılması xidməti üzrə yeni tariflərin tətbiq edilməsi və genişzolaqlı internet xidmətləri bazarında minimum internet sürəti ilə bağlı məsələləri əhatə edir. Hazırda hər iki istiqamət üzrə hərəkətlə bağlı araşdırma və təhlillər davam edir.
Oxşar xəbərlər
Bakıda dəyişkən iş qrafiki nə vaxtdan tətbiq olunacaq? - VACİB AÇIQLAMA
"Dəyişkən iş qrafikinə keçid Prezident tərəfindən təsdiq edilmiş Dövlət Proqramının əsas fəaliyyət istiqamətlərindən biridir. Proqrama əsasən, bu istiqamətdə mü...