DOST Mərkəzi qazi ailəsinə dəstək göstərəcək - FOTO

DOST Mərkəzi qazi ailəsinə dəstək göstərəcək - FOTO
Foto
Sosial 84

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Agentliyinin 1 saylı Bakı DOST Mərkəzinin əməkdaşları Qarabağ müharibəsi iştirakçısı Kənan Məmmədovu evində ziyarət ediblər.

BAKU.WS xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, beş nəfərdən ibarət ailənin başçısı olan Kənan Məmmədovun səhhətində yaranmış problemlərlə bağlı onun əlilliyinin qiymətləndirilməsi üçün müvafiq müraciət prosedurunun sürətli şəkildə həyata keçirilməsində mərkəz ona öz dəstəyini göstərəcək.

Həmçinin qazinin həyat yoldaşının məşğulluğunun təmin edilməsinə kömək göstərilir.

Ailəyə bildirilib ki, DOST Agentliyi onların ehtiyaclarının qarşılanması üçün dövlət dəstəyi tədbirləri çərçivəsində istənilən köməyi göstərəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər