Dörd keçmiş hakim vəkil olub
Yeniliklərdən dərhal xəbərdar olun
Dörd nəfər keçmiş hakim vəkil kimi fəaliyyət göstərəcək.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, 4 keçmiş hakim Vəkillər Kollegiyasına üzv qəbul olunub.
Onlar Əmir Bayramov, Kəmalə Əmirxanova, Məhəmməd Bağırov və Nofəl Mustafayevdir.
Bayramov Əmir Novruz oğlu 2010-cu ildən Bakı Apellyasiya Məhkəməsinin hakimi kimi fəaliyyət göstərib. Əmir Bayramov 2000-2007-ci illərdə Bakı Hərbi Məhkəməsinin hakimi olub. Yaş həddi ilə bağlı təqaüdə çıxıb.
Əmirxanova Kəmala Fərman qızı Nərimanov Rayon Məhkəməsinin hakimi olub. 2022-ci ildə vaxtından əvvəl səlahiyyətlərinə xitam verilib.
Bağırov Məhəmməd Abduləli oğlu Füzuli Rayon Məhkəməsinin hakimi və sədri olub. 2022-ci ildə vaxtından əvvəl səlahiyyətlərinə xitam verilib.
Mustafayev Nofəl Qara oğlu Tovuz Rayon Məhkəməsinin hakimi olub. 2022-ci ildə vaxtından əvvəl səlahiyyətlərinə xitam verilib.
Qeyd edək ki, onlar bu gün vəkil andı içərək fəaliyyətə başlayacaqlar.
Oxşar xəbərlər
Anar Bağırov: “Vəkilin həbsi ilə bağlı məsələ Vəkillər Kollegiyası olaraq diqqətimizdədir”
“Vəkillər Kollegiyasının Rəyasət Heyəti olaraq əsassız şaiyələrə, yalan məlumatlara, uydurma xəbərlərə əhəmiyyət vermədən hər zaman çalışırıq obyektiv olaq. Büt...