Dönər bahalaşacaq

Dönər bahalaşacaq
Sosial 1075

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dönərin hazırlanması ilə bağlı yeni qaydalar müəyyənləşdirib.

Xezerxeber.az-ın məlumatına görə, dönərçilər bildirirlər ki, yeni qaydalar aldıqları dönər ətinin qiymətinə də təsir edib.

Yeni qaydaların onlara sərf etmədiyini deyən dönər ustaları hesab edirlər ki, toyuq və ət dönərinin hər ikisinin qiyməti artacaq.

Qaydalara görə, qırmızı ət dönəri qoyun və ya quzu ətindən, mal və ya onların qarışığından, quş ətindən hazırlanmış dönəri isə toyuq əti və hind toyuğu və ya bu quş ətlərinin qarışığından hazırlana bilər. AQTA-dan "Xəzər Xəbər"ə verilən məlumata görə, çiy dönərin hazırlanması və istehlakı ilə bağlı da şərtlər təsdiqlənib.

Qeyd olunub ki, çiy dönərin və donu açılmış çiy dönərin şaquli vəziyyətdə tərpənməz saxlanması təmin olunmaqla nəqliyyat vasitələrində daşınma müddəti 4 saatı keçməməli və daşınma başa çatdırıldıqdan sonra dərhal bişirməyə başlanmalıdır. Dönərin bişirilməyə başlandığı andan etibarən yararlılıq müddəti isə ən çoxu 12 saatdır.

Oxşar xəbərlər

Bu bürclər tez-tez kədərlənirlər

Bu bürclər tez-tez kədərlənirlər

Astroloqlar tez-tez kədər və emosional dalğalanmalar yaşayan bürcləri müəyyənləşdiriblər. BAKU.WS xəbər verir ki, siyahının başında Balıqlar bürcü gəlir. Həssas...

122 Sosial 23:59 02 noyabr 2025

Son xəbərlər