DİN “Son Zəng”lə bağlı valideyinlərə müraciət edib
Yeniliklərdən dərhal xəbərdar olun
Respublikamızda “Son Zəng” tədbirlərinin təhlükəsiz şəraitdə keçirilməsi üçün polis əməkdaşları tərəfindən bütün zəruri tədbirlər görüləcəkdir.
DİN-in Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə tədbirlərin keçirildiyi təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə naryad qruplarının sayı artırılmaqla, iştirakçıların təhlükəsizliyi, məzunların avtomobillərlə hərəkəti ilə bağlı ictimai qaydaya nəzarətin gücləndirilməsi nəzərdə tutulub.
Bütün məzunları əlamətdar gün münasibətilə təbrik edir, onları ictimai davranış qaydalarına ciddi əməl etməyə çağırırıq. Valideynlərdən xahiş edirik ki, sürücülük hüququ olmayan övladlarına avtomobil verməsinlər.
Avtomobil yollarında hərəkətin təhlükəsizliyi DYP əməkdaşları tərəfindən mühafizə olunacaq, süni sıxlığın yaranmaması üçün dayanma-durma və parklanma tələblərinə əməl etməyən şəxslər barəsində tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Azərbaycanda yeni parklanma qiymətləri sürücülərə və hökumətə nə verəcək?
İyunun 25-də Nazirlər Kabinetinin nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləğini təsdiq etməsi bu günə qədər yaranan bir sıra suallara cavab tapm...