DİN şəhidin adına protokolun göndərilməsinə münasibət bildirib
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyi (DİN) Vətən müharibəsi şəhidi İnqilab Qədirbəylinin adına protokolun göndərilməsinə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Vətən müharibəsi şəhidi İnqilab Qədirbəylinin adına protokol göndərilməsi ilə bağlı sosial şəbəkələrdə müxtəlif məzmunlu fikirlər paylaşılır.
Qeyd edilib ki, 52-BG-172 dövlət qeydiyyat nişanlı avtomobillə bağlı sonuncu etibarnamə İnqilab Qədirbəylinin adına verilib. Həmin etibarnamə nəqliyyat vasitəsinin sahibi tərəfindən ləğv edilmədiyi üçün protokol avtomatik olaraq onun adına tərtib edillib: "Bu məsələni siyasiləşdirmə cəhdi ənənəvi davranışdır. Şəhidlər bizim baş tacımızdır, onların adının siyasi platformalarda hallandırılması cəhdləri yanlışdır".
Oxşar xəbərlər
Sabahdan Azərbaycanda dərmandan istifadə ilə bağlı qaydalar DƏYİŞƏCƏK
Azərbaycanda dərman vasitələrinin əlavə təsirlərinin izlənməsi, qeydiyyata alınması, qiymətləndirilməsi, müvafiq tədqiqatların aparılması və bu sahədə zəruri tə...