DİN-dən Şamaxıda acınacaqlı durumda olan uşaqlarla bağlı AÇIQLAMA - VİDEO - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Şamaxıda baxımsız qalan uşaqlarla bağlı fakt nəzarətə götürülüb. Şamaxı RPŞ ilə əlaqələndirilib. Bütün zəruri tədbirlər görülür.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
Qeyd edək ki, Şamaxı rayonunun kəndlərinin birində 4 uşağın acınacaqlı durumu ilə bağlı görüntülər paylaşılıb.
İddialara görə, azyaşlıların anası COVID-19-a yoluxub. O, xəstəxanada müalicə edilir. Buna görə də uşaqlara sakinlər baxır, yemək verir.
***12:45
Anaları koronavirusa yoluxan və xəstəxanaya yerləşdirilən körpələr acınacaqlı vəziyyətdədir.
Bununla bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “Facebook” profilində paylaşım edib.
O bildirib ki, hadisə Şamaxının kəndlərindən birində olub.
Valideynləri xəstə olan uşaqlara qonşular baxıb, yemək versələr də, bu, onları acınacaqlı vəziyyətdə olmaqdan xilas etməyib.
K.Ağazadə həmçinin olduqca baxımsız və miskin vəziyyətdə olan körpələrin taleyi ilə heç bir dövlət qurumunun maraqlanmamasını da vurğulayıb.
Uşaqların görüntülərini təqdim edirik:
Oxşar xəbərlər
Azərbaycanda koronavirusa yoluxan və vəfat edən məşhurların SİYAHISI
Bütün dünyanı cənginə alan koronavirus pandemiyasından Azərbaycanda da, təəssüf ki, yoluxan və ölənlərin sayı artmaqdadır. Hazırda ölkə ərazisində ümumi yoluxma...