DİN 25 COVİD-19 xəstəsinin xəstəxanadan qaçması xəbərinə münasibət bildirib

DİN 25 COVİD-19 xəstəsinin xəstəxanadan qaçması xəbərinə münasibət bildirib
Sosial 117

"Sosial şəbəkələrdə aktiv koronavirus xəstələrinin xəstəxanadan qaçması ilə bağlı yayılan məlumatlar əsassızdır, yalandır".

BAKU.WS xəbər verir ki, bunu "report"un sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, yayılan məlumatlar tam və hərtərəfli olaraq yoxlanılıb:

"Sosial şəbəkə istifadəçilərinə tövsiyə edirik ki, hər hansı məlumatı paylaşarkən diqqətli olsunlar".

Qeyd edək ki, sosial şəbəkə istifadəçilərindən biri 25 nəfər COVID-19 xəstəsinin Bakıdakı xəstəxanadan qaçdığını iddia edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər