DİM bu şəxslərə müraciət etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi qabiliyyət imtahanlarında ekspert kimi iştirak edə biləcək mütəxəssisləri əməkdaşlığa dəvət edir.
DİM-dən BAKU.WS-ə verilən məlumata görə, müraciət edən mütəxəssislər hazırda pedaqoji fəaliyyətlə məşğul olmalı, ixtisası və tədris etdiyi fənn iştirak etmək istədiyi qabiliyyət imtahanı fənninə uyğun olmalıdır.
Mütəxəssislər təsviri sənət, musiqi sənəti, teatr, kino və xoreoqrafiya sənəti, bədən tərbiyəsi və idman istiqamətləri üzrə müraciət edə bilərlər. Pedaqoji təcrübəsi ən azı 5 ildən yuxarı olan mütəxəssislərə üstünlük veriləcək. İşlədiyi təhsil müəssisəsi tərəfindən məlumatları Qabiliyyət İnformasiya Sisteminə (QABİS) daxil edilmiş mütəxəssislər haqqında məlumatlar artıq Dövlət İmtahan Mərkəzində olduğu üçün qeyd edilən qrupa aid şəxslərin yenidən müraciət etmələrinə ehtiyac yoxdur.
Namizədlər müraciət etmək istədikləri istiqamətə aid formanı doldurub aprelin 24-dək qabiliyyet@dim.gov.az elektron poçt ünvanına göndərə bilərlər.
1. Təsviri sənət2. Musiqi sənəti3. Memarlıq4. Teatr, kino və xoreoqrafiya sənəti5. Bədən tərbiyəsi və idman
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...