Dj.Tural yol polisinə qanunu sübut etdi (FOTO)
Mən hər gün sürücülərdən mütxəlif səpgili məktublar, şikayətlər, zənglər və sms-lər alıram. Bunların arasında ən maraqlı olanlarını daim sizinlə bölüşürəm ki, siz öz hüquqlarınızı biləsiniz və bilməzlikdən istifadə edənlər artıq hər kəsin qanunu bildiyini anlayıb geri çəkilsinlər. Artıq neçənci dəfədir ki, Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin bəzi əməkdaşlarından müxtəlif şikayətlər ünvanlanır. Adətən bu şikayətlər tüninqlə bağlı olurdu. Bu dəfə isə ....
Bu dəfə isə bir dinləyici idarə etdiyi mopedin cərimə meydançasına salındığı haqqında mənə müraciət etdi. Mopedin mənə şəkillərini göstərəndə, mühərrikin üzərində 49 kub sm-ik mühərrik həcminin olduğunu görürük. Cərimə meydançasına salınma səbəbi isə, mopedin nömrəsiz olması qeyd edilib. O zaman vaxt itirmədən qanuna baxırıq.
"Yol Hərəkəti Haqqında" Qanun 1-ci fəsil, 1-ci maddə , 27-ci bənd :
27) moped - iş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olmayan iki və ya üç təkərli nəqliyyat vasitəsidir (asma mühərrikli velosipedlər və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri də mopedlərə bərabər tutulur);
Burada hər şey aydındır. Şəkilə əsasən deyə bilərik ki, bu mopeddir. İndi isə "YHQ" 27-ci maddəsinin 2-ci yarım bəndinə baxırıq, Burada hansı nəqliyyat vasitələri mütləq qeydiyyata alınmalıdır bu şərtlər qeyd edilib.
II. Mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatını Azərbaycan Respublikasının rayon, şəhər və bölgələrində aşağıdakılar aparırlar:
1) hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin, onların qoşqularının və yarımqoşqularının - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;
Qanunun 27-ci maddəsi deyir ki, mühərrik həcmi 50 və daha çox olarsa qeydiyyata alınmalıdır. Yəni bu moped 49 kub sm-ik mühərriklə qeydiyyatsız idarə edilə bilər. Üstəgəl "YHQ" 34-cü maddəsi 125 kub sm-dən artıq mühərrik həcmi olan motosikletləri idarə etmək üçün sürücülük vəsiqəsinin olmasını deyir.
"A1” - mühərrikinin işçi həcmi 125 kub/sm-dən və mühərrikinin gücü 11 kVt-dan çox olmayan motosikletləri idarə etmək üçün;
Bəs vətəndaşa indiki "Qış parkı"-nın altındakı cərimə meydançasında oturan və bu mopedi cərimə meydançasına aparan inspektorlar nə deyirlər ? Vətəndaş deyir ki, ona belə deyilib : "Get respublika DYP-nə oradan arayış versinlər".
Əvvəla mühərrikin üzərində 49 kub sm yazılıbsa arayışa ehtiyac qalmır. Çünki şəkildə görünən yazını heç bir adam yaza bilməz. Bu yazı xüsusi texnologiya ilə vurulur. Üstəgəl vətəndaş bu mopedə olan sənədlərini (alqı-satqı, mənbə sənədi) təqdim etsə belə ondan arayış tələb etmək qanunu pozmaq deməkdir. "YHQ"-un 27-ci maddəsinin tələbinə əsasən bu moped qeydiyyata alınmır. Yəni nömrəsiz sürülür. Həmçinin bu moped sahibi Baş Dövlət Yol Polis İdarəsindən arayışı necə ala bilər ? Axı moped cərimə meydançasındadır. Mopedi görmədən kim arayış verə bilər ?
Biz vətəndaşı səlahiyyətli şəxslə əlaqələndirdik, inşəAllah onun mopedi sərbəst buraxılacaq. (Birdə gördün ondan cərimə meydançasının haqqını da aldılar)
Lakin onu bu cərimə meydançasına gətirən inspektorla mütləq danışmaq lazımdır. Görünən dağa nə bələdçi ? Bu adamın mopedində yazılıbsa ki, 49 kub sm demək arayışa ehtiyac yoxdur.
Şübhə varsa , o zaman cərimə meydançası niyə ? Moped texniki yoxlanış məntəqəsinə getməlidir. Məntəqəyə getmədən, mopedi görmədən kim arayış verər ?
Avtostop
BAKU.WS
Oxşar xəbərlər
Ziya Məmmədovun səlahiyyətləri niyə əlindən alınır?
Xəbər verdiyimiz kimi, Azərbaycanda Nəqliyyat Nazirliyinin səlahiyyətli azaldılıb. Daha öncə avtomobil nəqliyyatı ilə sərnişin və baqaj (əl yükünün) daşımaların...