DİQQƏT! "Hava limanında itən çamadanlar 1,88 AZN-ə satılır" məlumatı SAXTADIR!

Son günlər sosial şəbəkələrdə Bakı Hava Limanında itirilmiş çamadanların cəmi 1.88 AZN-ə satıldığına dair elanlar dolaşır. Bu, saxta məlumatdır və aldadıcı reklam məqsədi daşıyır.
BAKU.WS xəbər verir ki, Bakı Hava Limanı belə bir satış həyata keçirmir və bu, dələduzların növbəti qazanc mənbəyidir.
Rəsmi qurumların saytları və sosial şəbəkə hesablarında olmayan bu tip elanlar insanları aldatmaq, onların pul vəsaitlərini ələ keçirmək məqsədi ilə paylaşılır.
Saxta elanda göstərilən linkə daxil olmaqla şəxsi məlumatlar və pulların ələ keçirilməsini asanlaşdıra bilərsiniz.
Odur ki, belə elanlar gördükdə dərhal onu bloklayın və spam kimi işarələyin.
Oxşar xəbərlər
Bu gün Azərbaycanın bəzi hissələrində qaz olmayacaq
Bakının Sabunçu və Suraxanı rayonlarındakı mövcud qaz xətlərində aparılacaq təmir-bərpa və quraşdırma işləri ilə əlaqədar olaraq 20.05.2025-ci il saat 10:00-dan...
