DİQQƏT! - Bu yollarda hərəkət məhdudlaşdırılacaq

Bir sıra yollarda avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, 24 may saat 08:00-dan 25 may saat 22:00-dək Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsində (Tbilisi prospektindən tunelin girişinədək olan hissədə) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar, avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Aparılacaq cari təmir işləri ilə əlaqədar olaraq, sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.
Eyni zamanda 24 may saat 08:00-dan 27 may saat 22:00-dək Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində (Rüstəm Rüstəmov küçəsindən Cəmşid Naxçıvanski küçəsinədək olan hissədə) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar, avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Sürücülərdən aparılan işlərə anlayışıla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.
Oxşar xəbərlər
Yazısı ilə sosial şəbəkələrdə gündəm olan kuryer danışdı
Sosial şəbəkələrdə "oxumasan sən də kuryer olacaqsan" sözlərini yazaraq gündəm olan gənc barədə xəbər var. Bəs öz həyatının sükanını özü tutan bu gənc kimdir? B...
