Diqqət! Bu ərazilərdə su olmayacaq

Son günlər regionlarda müşahidə olunan intensiv yağıntılar səbəbindən Kür Sutəmizləyici Qurğular Kompleksində və Kür-Bakı magistral su kəmərində zəruri təmir-bərpa işləri ilə əlaqədar Şirvan, Hacıqabul, Saatlı, Sabirabad, Salyan, Neftçala, Biləsuvar şəhərlərinə, magistral su kəmərlərinin marşrutu boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ rayonuna və Səbail rayonunun bir hissəsinə içməli suyun verilişində məhdudiyyətlər olacaq.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən BAKU.WS-ə bildirilib.
Qurum həmçinin əhaliyə müraciət edib:
“Yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istəyirik”.
Oxşar xəbərlər
Kürdə suyun azalması ölkənin kənd təsərrüfatına necə təsir edəcək?
Son zamanlar Kür çayında suyun səviyyəsinin minimum həddən aşağı düşməsi gündəmə çevrilib, baxmayaraq ki, son iki gündə çayda suyun səviyyəsi 20 santimetrdən bi...
