DİQQƏT! 18 mindən çox abonentin qazı kəsiləcək
Yeniliklərdən dərhal xəbərdar olun
İmişli və saatlı rayonlarının bəzi ərazilərində sabah qaz təchizatı dayandırılacaq.
BAKU.WS xəbər verir ki, fasilə "İmişli" QPS-dən qidalanan "İmişli 2" ölçü qovşağının girişində quraşdırılmış diametri 200 mm-lik "RDO-1-16/200" tipli qaz tənzimləyicinin baypas xəttində yeni, diametri 200-mm-lik "RDO-1-16/200" tipli qaz tənzimləyicinin quraşdırılması ilə əlaqədar olacaq.
Nəticədə iyunun 4-də saat 09:00-dan etibarən işlər başa çatanadək İmişli şəhər mərkəzi də daxil olmaqla, rayonun 20 kəndində - Yalavac, Cəfərli, Rəsullu, Muradxanlı, Ağammədli, Oruclu, Məhəmmədli, Əliqulular, Bəhrəmtəpə, Göbəktala, Şahverdili, Boşçalılar, Qaragüvəndikli, Qaralar, Cavadxanlı, Sarxanlı, Bəcirəvan, Ağcüyür, Qaravəlli, Mirili kəndlərində, Yeni Bəhramtəpə, Vətəgə qəsəbələrində (18 min 52 abonent) və Saatlı rayonunun Məzrəli, Naharlı kəndlərində (343 abonent) "İmişli" QPS-dən qidalanan "İmişli 2" ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
Oxşar xəbərlər
Bakıda bu ərazilərdə yeni parklar salınacaq - Süni göllər, tennis kortları...
"Bakının Baş Planı 2040 çərçivəsində paytaxtda yaşıllıq sahələrinin artırılması, mövcud parkların genişləndirilməsi və yeni istirahət məkanlarının yaradılması i...