"Diqlas" ticarət mərkəzindən malların çıxarılmasına başlanılıb
08
apr
2019
19:53
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Aprelin 6-dan etibarən sahibkarlar Bakının Nizami rayonunda yerləşən yanğın baş vermiş "Diqlas" ticarət mərkəzindən mallarının çıxarılmasına başlayıblar.İqtisadiyyat Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, İqtisadiyyat, Maliyyə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Baş Prokurorluğun və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının və sahibkarların iştirakı ilə akt tərtib edilərək yanmamış mallar sahibkarlara təhvil verilir, yanğın nəticəsində yararsız vəziyyətə düşmüş mallar isə müvafiq akt tərtib edilməklə Suraxanı rayonunda xüsusi ayrılmış anbara göndərilir.Sahibkarlar mallarının daşınması üçün nəqliyyatla təmin olunurlar.Artıq 75 sahibkar mallarını ticarət mərkəzindən çıxarıblar.BAKU.WS
Oxşar xəbərlər
“Diqlas”dakı sahibkarlara ödənilən maddi yardımın məbləği açıqlandı
İqtisadiyyat Nazirliyinin Kollegiyası “Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım...