Dini nikahla bağlı qaydaya əməl etməyən din xadimləri cəzalanacaq

Dini nikahla bağlı qaydaya əməl etməyən din xadimləri cəzalanacaq
Sosial 809

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Qazılar Şurasının üzvləri və idarənin yerlərdəki səlahiyyətli nümayəndələrinin birgə toplantısı keçirilib.BAKU.WS xəbər verir ki, QMİ-nin Mətbuat xidmətindən report-a verilən məlumata görə, toplantıda Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan QMİ sədrinin birinci müavini müfti Salman Musayev cari və gündəmdə olan məsələlərlə bağlı fikirlərini bölüşüb. Toplantıda cəmiyyəti narahat edən bir sıra məsələlərə münasibət bildirilib. Bu xüsusda, erkən nikahlarla bağlı məsələ gündəmə çıxarılıb.

Azyaşlı qızların ailə qurması kimi hallarla bağlı din xadimləri xüsusi vurğulayıblar ki, bu məsələyə dair Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının 23 noyabr 2002-ci il tarixli Fətvası var. Fətvada deyilir ki, dini nikah mərasimi rəsmi dövlət qeydiyyatı idarələrində rəsmən qeydiyyat aparıldıqdan sonra icra edilə bilər. Bu o deməkdir ki, QMİ-nin rəsmi din xadimləri tərəfindən yalnız dövlət tərəfindən qeydə alınmış nikah üçün dini nikah oxuna bilər. Bu qaydaya riayət etməyən QMİ rəsmi din xadimlərinə münasibətdə müvafiq cəza tədbirləri görüləcək.

Göstərilən Fətvada, həmçinin, ölkəmizin iqlim şəraiti nəzərə alınaraq Azərbaycanda evlənmək üçün yaş həddi həm oglanlar, həm də qızlar üçün 18 (müstəsna hallarda 17) yaş göstərilir ki, bu da dövlətimizin qanunlarına müvafiqdir. Bununla bağlı İdarənin Aparat rəhbəri Simran Həsənov ətraflı şərh verib.

Tədbirdə bildirilib ki, erkən nikahlar mənfi hallara gətirib çıxarır. Ailə quran insanların hüquqlarının təminatını dövlət öz üzərinə götürdüyünə görə din xadimləri yalnız mənəvi cəhətdən xeyir-dua verirlər. Toplantıda Qazılar Şurası üzvlərinə tapşırıq verildi ki, bu məsələlərdə daha ayıq-sayıq olsunlar və erkən nikahların qarşısının alınması kimi ictimai əhəmiyyətli mahiyyətini və QMİ-nin mövqeyini məscidlərdə və məclislərdə dindarlara daha fəal şəkildə çatdırsınlar.

BAKU.WS

Oxşar xəbərlər

Şeyx Almaniyaya gedir

Şeyx Almaniyaya gedir

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 17-də Almaniyaya səfərə yola düşür.İdarədən BAKU.WS-ə verilən məlumata görə, səfər...

1294 Sosial 19:45 16 noyabr 2018

Son xəbərlər