Dini Komitə Türkiyə və Gürcüstanda iftar süfrəsi təşkil edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu Ramazan bayramı ilə əlaqədar iki xarici ölkədə iftar süfrələri təşkil edəcək.
BAKU.WS xəbər verir ki, bu barədə İqtisadiyyat.az Fonddan məlumat əldə edib.
Qeyd edilir ki, iftar süfrələri Türkiyə və Gürcüstanda təşkil olunacaq.
Mərasimlər 4 məkanda - Türkiyə Respublikasının Qars və İğdır şəhərlərində, eləcə də Gürcüstanın Rustavi şəhəri və Mtsxeta rayonunda təşkil olunacaq. İftar süfrələrində ümumilikdə minə yaxın şəxsin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, Ramazan ayı Azərbaycanda martın 1-də başlayacaq. Şəvval ayının 1-i, yəni martın 30-da Ramazan (Fitr) bayramı olacaq.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər
"Cənnətin ariyası" adlı layihə çərçivəsində 2 saylı uşaq evinin və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin sakinlərinin birgə iştirakı ilə kons...