DİN sürücü və valideynlərə xəbərdarlıq edib
Yeniliklərdən dərhal xəbərdar olun
Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.
BAKU.WS report-a istinadən xəbər verir ki, belə xəbərdarlıqla Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev çıxış edib.
"Hərəkət zamanı təhlükəsizlik kəməri mütləq bağlanmalıdır, uşaqlar yalnız xüsusi oturacaqda daşınmalıdır, lyukdan, pəncərədən bədən çıxarmaq qadağandır. Sürücü sərnişinin, xüsusilə uşaqların təhlükəsizliyinə görə məsuliyyət daşıyır. Qaydalara əməl edin, bir anlıq ehtiyatsızlıq ömürlük peşimanlıq olmasın", - nazirlik rəsmisi bildirib.
Oxşar xəbərlər
Bakıda məşhur parkda süni göl qurudulub - SƏBƏB
Bakının Xətai rayonunda yerləşən Gənclik parkında yenidənqurma işləri aparılacaq. Parkın ərazisində suyu qurudulan hövzə təmir işləri başa çatdıqdan sonra yenid...