DİN söküntü ilə bağlı araşdırmalara başlayıb
27
mar
2025
15:04
Bakıda, Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında tikinti şirkətinin yaşayış olan evləri sökməsini əks etdirən görüntülər yayılıb.
Söküntü zamanı daxilində yaşayış olan evlər də ekskavator vasitəsilə dağıdılıb.
DİN-in Mətbuat Xidmətindən bildirib ki, söküntü ilə bağlı ərazi polis orqanına daxil olan müraciət əsasında araşdırma aparılır:
"Söküntü dayandırılmaqla tikinti şirkətinin nümayəndəsi polis bölməsinə dəvət olunub. Hazırda araşdırma davam etdirilir".
Oxşar xəbərlər
Dövlət icra məmuru olmaq istəyən şəxslər üçün test imtahanı keçirilib
Dövlət İmtahan Mərkəzi (DİM) Ədliyyə Nazirliyi ilə birgə dövlət icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün test imtahanı keçirib. BAKU.WS DİM-...